8 Kasım 2014 Cumartesi

20 noyabr Ümumdünya Uşaqlar Günü

Ümumdünya Uşaqlar Günü (Ümumdünya Uşaq Hüquqları günü )  1954-cü ildə BMT -nin Baş Assambleyası tərəfindən (№836 (IX) saylı qətnamə) 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyyə olunan bayram. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlmişdir.
Baş Assambleya öz qətnaməsində fərz edirdi ki, Uşaqların Ümumdünya gününün ümumi bayram kimi qeyd edilməsi millətlərin arasında həmrəyliyin və əməkdaşlığın bərkidilməsinə xidmət edəcək.
BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir.
BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
1924 -cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilmişdir.
Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda "uşaqlara yardım fondu"nun əsasını qoydu


Hiç yorum yok:

Yorum Gönder