18 Nisan 2013 Perşembe

Nadir Sah.

Nadir şah Əfşar (fars. نادر شاه‎ Nâdir Şâh22 oktyabr 1688 – 19 iyun 1747) – İran şahı (1736-1747) və türk-soylu əfşarlar sülaləsinin banisi. Tarixdə həmçinin Nadirqulu bəy və Təhmasibqulu xan adları ilə də tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona Şərqin Napoleonuvə ikinci Makedoniyalı İsgəndər kimi ləqəblər vermişlər.

Nadirin II Şah Təhmasib dövründə fəaliyyəti

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. AzərbaycanŞirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Rusiya daQafqazda böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmişdi.
Faktiki olaraq, Mazandaran vilayətindən başqa heç yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O Səfəvi şahı Sultan Hüseynin əfqanların əlindən qurtulmuş oğlu Təhmasibi öz sarayında saxlamışdı. Az sonra Təhmasib özünü şah elan edir.
Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər əhalisi, həm də zadəganlar arasında haqlı narazılıq doğururdu. Bu narazılıq get-gedə artırdı. Bircə işğalçılara qarşı mübarizədə rəhbərliyi öz üzərinə götürə biləcək lider çatışmırdı. Nəhayət, belə bir lider də tapıldı. Bu, o zaman çox da tanınmayan Nadirqulu xan Əfşar idi. İranın gələcək şahı Nadirqulu xan türk tayfalarından əfşarların Qırxlı boyundan idi. Onun əcdadları hələ I Şah İsmayıl zamanında Azərbaycandan Xorasana köçürülmüşdülər. Nadirqulu da 1688-ci ildə burada kasıb bir ailədə doğulmuşdu. Hələ on səkkiz yaşı tamam olmamış bu gənc anası ilə birlikdə Xarəzm özbəklərinin yürüşlərindən birində əsir götürülür və qul edilir. Çox keçmədən əsirlikdən qaçıb Xorasana qayıdan Nadirqulu Əbivərdhökmdarı Baba Əli bəyin yanında qulluğa götürülür. O, başına kiçik bir dəstə toplayıb, Xorasan əyalətlərinin bir neçəsini tutduqdan sonra özünü Nadirqulu bəy adlandırmağa başlayır. Nadirqulu bəyin hünərvər Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır. Nadirqulu kömək üçün şah I Təhmasibə müraciət edir. 1726-cı ildə şah Təhmasib və Fətəli xan Qacar Məlik Mahmudu devirib, burada Səfəvi şahının hakimiyyətini bərpa etməkdən ötrü böyük qoşunla Xorasana gəlir və Nadirqulu bəy onlarla birləşir.
I Təhmasib Nadirqulu bəyi Xorasanda öz canişini təyin edir. Bundan sonra Nadir özünə Təhmasibqulu xan adını götürür. O, Təhmasibə ilk növbədə təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi. Ancaq şah (heç Nadirin özü də ondan geri qalmırdı) bununla da kifayətlənmir.
Nadir şahın Məşhəddəki məzarı
Məlik Mahmud idarəçiliyinin mərkəzi Məşhəd alınan zaman şah Təhmasibin əmri ilə Fətəli xan öldürülür. Çünki Nadir onu Fətəli xanla Məlik Mahmud arasında gizli sövdələşmə olduğuna inandırmışdı. Bundan sonra Nadirqulu xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur. Bir qədər keçmiş Nadir Məlik Mahmudun qoşunlarını əzərək, onun özünü qətlə yetirir. Bundan sonra Nadirin saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.
Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir şah Təhmasiblə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir nəzarətdən çıxmış kürd və türkmən qəbilələri və şah qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır. Bu arada Nadir bir sıra qətiyyətli yürüşlər vasitəsilə bütün şimal-şərqi İranı birləşdirir. İrandakı əfqan şahı Əşrəf də artıq onun qalibiyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana, Nadirin üzərinə yeridir. 1729-cu ilin 30 sentyabrındaMimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin qoşunları darmadağın edilir. Bu parlaq qələbəsi ilə də Nadir ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək, oradan da İsfahana yönəlirlər. Nadirin əfqanlarla haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı sultanı, Əşrəfin köməyinə böyük bir ordu göndərir.
Nadirlə Əşrəf arasında Həlledici döyüş 1729-cu ilin 13 noyabrında İsfahan yaxınlığında (İsfahan döyüşü) baş verir. Bu dəfə Nadir birləşmiş əfqan-türk qoşunları üzərində parlaq qələbə qazanır. Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan çəkilirlər. Nadir təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Səfəvi tacını şah Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir öz qoşunlarını əfqanları təqib etməkdən ötrü Fars vilayətinə göndərir. Qaçaqaçda Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir.
Ölkənin şərqi tamamilə təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları osmanlı türklərindən azad etmək qalırdı. 1731-ci ildəki hərbi əməliyyatlar nəticəsində Nadirqulu xan osmanlıları əzərək, Azərbaycanı, Həmədanı və Kirmanşahı azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.
Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri şəxsən azad etmək qərarına gəlir. Ancaq məğlub olaraq, 1731-ci ildə ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Həmin müqaviləyə əsasən, Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşahın bir sıra əyalətləri osmanlılara verilird

III Şah Abbasın dövründə Nadirin fəaliyyəti

Nadirqulu xan müqaviləni tanımaqdan imtina edir və qədim türk ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay şah Təhmasibi taxtından salaraq, onun III Şah Abbas adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq, bütün hakimiyyət Nadirin əlində cəmləşir. Bundan sonra Nadir iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələrlə bütün Azərbaycanı və Şərqi Gürcüstanı osmanlılardan təmizləyir.
Nadir şahın Hindistandangətirtdiyi Kuhi-Nur adlı brilyant
A.Bakıxanovun yazdığına görə, Nadirqulu xanın sərkərdəlik istedadı Gəncənin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə osmanlıların qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla paşadan kömək gələcəyi ümidi ilə təslim olmurdu. Abdulla paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə verirdi. Nadir qoşunların bir hissəsini Gəncə qapasında qoyaraq, 15 minlik döyüşçü götürüb, Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadirlə döyüşə girməkdən boyun qaçırır və qalaya girib, uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədi ilə Nadir belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq, Nadiri İrəvana qədər təqib edir. Üçmüədzinin cənub-qərbində qəflətən qoşunu geriyə döndərən Nadir osmanlılarla ölüm-dirim savaşına girir. Qəfləti döyüş osmanlı qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də tam qələbə qazanır. Bundan sonra İrəvan qalası və Tiflis qalasındakı osmanlı qarnizonları ona döyüşsüz təslim olurlar. 1735-ci ilin sonlarına doğru Qafqaz osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da Nadir şahın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin osmanlı türkləri ilə mübarizədə Nadirqulu xana göstərdiyi yardım da qeyd olunmalıdır. O da qeyd edilməlidir ki, sonradan həmin əhali Nadirin özünə qarşı çıxmışdır. Və həmin mübarizədə gələcək müstəqil Azərbaycan xanlıqlarının əsası qoyulmuşdu. Nadirqulu şahın tabeçiliyindən ilk çıxan belə müstəqil xanlıq Şəki xanlığı olmuşdu. 1735]-ci ildə bağlanmış Gəncə müqaviləsinə görə, Rusiya hələ I Pyotruntutduğu Bakı və Dərbənd şəhərlərini bu şərtlə güzəştə getmişdi ki, Nadir Osmanlı ilə mübarizəsini dayandırmayacaq və onunla separat sülhə girməyəcəkdi. Lakin Nadirqulu xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı İmperiyası ilə sülh sazişi imzalayır. Sazişə görə, Türkiyə 1722-ci ilə qədər Səfəvilər dövlətinə məxsus olmuş bütün torpaqları Nadirə qaytarır. Yalnız həmişə sünni Türkiyəyə meyli ilə seçilmiş Dağıstan xalqları itaət göstərmirlər. Nadir əz qoşunlarınıDağıstana yeridir, böyük əziyyətlə Qazıqumuğa qədər gedir və geri qayıdır. Yeni əldə olunmuş Azərbaycan vilayətlərinin hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır.
Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur

Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdudları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvilər dövlətinin sərhədləri demək olar ki, tamamilə bərpa edilir və qarşıda onun dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur.

[redaktə]Nadirin şah elan olunması ilə Əfşarların hakimiyyətə gəlməsi

Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanları və xalq arasında öz nüfuzlarını tamamilə itirmişdilər və ölkəni dağıntıdan xilas etmək iqtidarında deyildilər. Nadir öz nöqteyi-nəzərindən yeganə doğru yola əl atmaq – taxt-tacın həqiqi sahibi olmaq istəyir. Bundan ötrü o yenidən qədim türk qaydasına görə, Muğan düzündə qurultay, bu dəfə böyük qurultay çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır.Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.
Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnızQarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır.
Nadir şahın Osmanlı sultanına hədiyyə etdiyi qızıl taxt (Hazırda Topqapı sarayında qorunur)
Hakimiyyətin həqiqi sahibi olandan sonra da Nadir şah öz mövqeyini müharibələrlə möhkəmləndirir və onun hərbi dühası həmişə onun köməyinə çatır. Yer üzündə onun qədər parlaq hərbi qələbələr qazanmış sərkərdələri barmaqla saymaq olar. Nadir şah yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, hakimiyyətdəki sülalə dəyişikliyindən narazı qalan qızılbaş əyanlarını varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci ildə Nadir şah üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Sonra o, qaçqın əfqanlara sığınacaq verən Hindistana hücum çəkir. Nadirin qoşunları müqavimət görmədən Karnala ([[Dehli]nin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol sülaləsindən Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol dövlətiüzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "kuhi-nur" ("nur dağı") adlanan daş da vardı. Başqa məşhur qiymətli daşlar da az deyildi.
Hindistanı tutduqdan sonra Nadir Sindi özünə tabe edir və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir şah 1740-cı ildə Buxaravə Xivə xanlıqlarını öz dövlətinin tərkibinə qata bilir.
Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci ildə Dağıstan üzərinə yeriyir. Məsələ burasında idi ki, Nadir Hindistanda ikən dağlılar tabeçilikdən çıxmışdılar. Üstəlik onların dəstələri tez-tez Dərbənd və ŞamaxıKaxetiya və Car-Balakən vilayətləri üzərinə hücuma keçirdilər. 1738-ci ildə Manik kəndi yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları dağlıların birləşmiş orduları tərəfindən məğlubiyyətə uğradılmış, İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü.
Nadir şah özü də Dağıstanda inadlı müqavimətlə qarşılaşır. Lakin hər halda 1743-cü ilin əvvəllərində bir neçə qələbə qazanır. Görünür, Nadir Dağıstanda üzləşdiyi çətinliklərdən sonra özünü sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur.
Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir şah vaxt itirmədən Türkiyə ilə müharibəyə girir. Burada döyüşlər ərəb İraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər gah bu, gah da o biri tərəfin üstünlüyü ilə keçir və qələbə qazanılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı ölkələrə göndərmişdi. 1746-cı ildə Nadirin Osmanlı İmperiyası ilə bağladığı sülh müqaviləsinə görə, köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə Nadir şah BəhreynOman və Maskat üzərinə yürüşlər də keçirir. Ölkənin paytaxtını talan edilmiş İsfahandan Məşhədə köçürür və bu şəhərin yaxınlığındakı dağın başında özünə Kelat adlı bir qala (Kelat qalası) qurdurur. Nadir xəzinəsini burada saxlayırdı. Qalanın tikilməsi ağlagəlməz çətinliklər yaradır. Azərbaycan kəndliləri buraya 10 tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər. Eyni zamanda Nadir şah Fars körfəzində və Xəzərdənizində donanma yaradılması işinə başlayır və ordusunu yenidən qurmaq fikrinə düşür. Hər iki məqsədlə Avropa ölkələrindən mütəxəssislər gətirilir. Onun ordusunda artilleriya və tüfəngçilər ağır muşketlərlə silahlanmış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar (qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmləndirilmiş mərkəz yaradılmışdı. Artilleriya və top sınaqları, topçu və artilleristlərin hazırlığı burada keçirilirdi. Bütün bunlar Nadir şahın gələcək qələbələri naminə edilirdi. Onun geniş planları vardı. O, Xəzər dənizi boyundakı bütün torpaqları zəbt etmək, Çini də tutmaqla nəhəng bir dövlət yaratmaq arzusunda idi. Ancaq onun planları həyata keçmədi.
Onun apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunurdu. 1741-ci ildə Mazandaran meşələrindən keçərkən, Nadirə sui-qəsd olur. Bundan sonra Dağıstandakı uğursuzluqlar və 1743-1747-ci illərin üsyanlar dalğası başlayır. Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə başlayır. Təqiblər aparıcı soyların məşhur nümayəndələrindən də yan keçmir. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişir və 1747-ci ilin iyununda gecə öz çadırında Nadiri qətlə yetirirlər. Bir çox tarixçilərin "Şərqin Napoleonu" adlandırdıqları bu böyük şəxsiyyətin həyatı belə faciəli şəkildə başa çatır.

[redaktə]Oğulları

  • Nadir şah Qırxlı Əfşarın üç oğlu vardı: Çingiz xan, Oqtay xan və Ulduz xan

Hiç yorum yok:

Yorum Gönder