İqtisadi xarakteristikası
Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Taxılçılıq (xüsusilə də dənlik qarğıdalı), tütünçülük, meyvəçilik (qoz-ləpəli), tərəvəzçilik inkişaf etmişdir. Rayonda yeyinti məhsulları kombinatı, fındıq təmizləmə, tütün fermentasiya, efir-yağlar zavodları, tikiş və mebel fabrikləri vardır. Rayon geniş turizm imkanlarına malikdir.
[redaktə]Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.
[redaktə]Maddi-mədəni irsi
Zaqatala rayonunun ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Dövlət tərəfindən qorunan 100-ə yaxın abidə qeydə alınmışdır. Bunlardan ən qədimi Pəriqala, Armatay qalası, Cingözqala, Şeytan qalası, Zaqatala qalası və başqalarıdır. Rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox Alban abidələri mövcuddur.
Rayonun Mamrux (Mamrux kilsəsi), Mazıx, Muxax, Qəbizdərə, Yuxarı Tala (Yuxarı Tala məbədi) və Yuxarı Çardaxlar kəndlərində VI-VIII əsrlərdən qalmış çoxlu Alban abidələri, qalaları vardır ki, maliyyə çətinlikləri üzündən onların yenidən bərpası mümkün olmasa da qismən də olsa qorunması sahəsində müəyyən işlər görülür. Yerlərdə mövcud olan məscidlərin isə hamısında yenidənqurma, bərpa işləri aparılmış, tarixi abidə kimi onların qorunması təmin edilir.
Rayonun tarixi abidələrinin çoxu ən qədim vaxtlarda indiyə qədər salamat qalmış kəndlərdə yerləşir. Gözparaq və Halal kəndlərində XVIII əsrə aid məscidlər, Keloba kəndində əsrə aid iki qüllə,Mazıx kəndində XII əsrə aid qüllə, Yuxarı Çardaxlar kəndində V əsrə aid Pəriqala, Car kəndində XIV əsrə aid Çingizqala və rayon Tarix-diyarşünaslıq muzeyi, Paşan kəndində Alban qülləsi (XIII əsr) və Axaxdərə kəndindəki Alban qülləsi (XII əsr), rayonun müxtəlif kəndlərində, o cümlədən Əliabad və Mosul kəndlərində XIX əsrdə tikilmiş məscidlər salamat qalmışdır.
[redaktə]Idman
Rayonda 1 Olimpiya Idman Kompleksi, 3 stadion, 1 üzgüçülük hovuzu, 1 şahmat klubu, 71 sadə, 18 kompleks idman qurğuları, 3 aerobika-trenajor zali idmanın inkişafına xidmət göstərir. Rayon idmançıları Respublika, Avropa və Dünya çempionatlarında yüksək nəticələr qazanaraq Azərbaycan idmanının inkişafına öz layiqli töhfələrini verirlər
[redaktə]Bələdiyyələr haqda məlumat
Zaqatala rayonunda 31 bələdiyyə fəaliyyət göstərir. Zaqatala bələdiyyəsi Zaqatala şəhərini əhatə edir. Rayonda elə bələdiyyələr vardır ki, onların tərkibində bir neçə kənd yaşayış məntəqələri vardır. Ümumiyyətlə mövcud olan 31 bəldiyyənin tərkibində 1 şəhər, 1 şəhər tipli qəsəbə və 59 kənd yaşayış məntəqələri vardır. 01 yanvar 2004-cü il tarixə rayonda 110830 nəfər əhali yaşayır ki, onun da 83297 nəfəri kənd yerlərində məskunlaşmışdır.
Hiç yorum yok:
Yorum Gönder